Xavinin keçmiş klubundan yeni transfer – Rəsmi

“Valyadolid”in futbolçusu Qonsalo Plata “Əl-Sədd” klubuna keçib.

Komanda.az Qətər təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, evkadorlu ilə 2028-ci ilin yayına qədər olan müqavilə imzalanıb. Bu transfer “Əl-Sədd”ə 12 milyon avroya başa gəlib.

Plata başa çatan mövsümdə La Liqada 34 oyunda bir qol vurub və yeddi məhsuldar ötürmə edib.

“Barselona”nın baş məşqçisi Xavi 2019-2021-ci illərdə “Əl-Sədd”in “sükanı arxasında” olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button