Xavinin karyerası ərzində eşitdiyi ən haqsız tənqid

“Barselona”nın baş məşqçisi Xavi komandanın futbolçusu Serxi Roberto haqda fikirlərini bölüşüb.

31 yaşlı futbolçu 22-ci turun “Kadis”lə qarşılaşmasında (2:0) bir qol vurub və bir məhsuldar ötürmə edib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Xavi futbolçunun niyə tənqid edildiyini anlamadığını deyib:

“Mən onun necə məşq etdiyini görürəm, matçlarda da yaxşı çıxış edir. Başa düşə bilmirəm ki, onu niyə tənqid edirlər. O, “Barselona”nın böyük azarkeşidir və ona yönələn tənqidlər karyeramda eşitdiyim ən haqsız tənqiddir”.

Serxi Roberto bu mövsüm La Liqada 13 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button