Xavinin işləmək istədiyi çempionat

“Barselona”nın keçmiş baş məşqçisi Xavi İngiltərədə işləmək istəyir.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis bu il məşqçilik fəaliyyətini bərpa etmək fikrində deyil. Amma o, İngiltərə çempionatını maraqlı hesab etdiyi üçün gələcəkdə karyerasını Premyer Liqada davam etdirmək variantını nəzərdən keçirəcək.

Yanvarın sonunda Xavi mövsümün sonunda komandadan ayrılacağını açıqlamışdı. Lakin apreldə tərəflər əməkdaşlığı davam etdirmək barədə razılığa gəldiklərini bəyan etdilər. Mayın 24-dəi isə “Barselona” baş məşqçinin istefasını elan etdi.

Xavi 2021-ci ilin noyabrından “Barselona”ya rəhbərlik edib. 2022/23 mövsümündə kataloniyalılar İspaniya çempionu və ölkə superkubokunun qalibi olublar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button