“Barselona” Xaviyə əvəzləyici tapıb

“Barselona”nın yeni baş məşqçisi vəzifəsinə əsas namizəd müəyyənləşib.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, klub rəhbərliyi komandanı “Brayton”un baş məşqçisi Roberto De Zerbiyə tapşırmaq istəyir.

“Barselona”nın hazırkı baş məşqçisi Xavi mövsümün sonunda vəzifəsini tərk edəcəyini açıqlayıb.

Xavi 2021-ci ilin noyabr ayından “Barselona”ya rəhbərlik edir. Onun klubla müqaviləsi 2025-ci ilin yayına qədərdir.

De Zerbi 2022-ci ildən “Brayton”a rəhbərlik edir. Mütəxəssisin klubla müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button