Xavini məyus edən təklif

“Barselona”nın çalışdırıcısı Xavi Osman Dembelenin İspaniya klubundan ayrılması haqda yayılan xəbərlərə münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Dembelenin Fransa təmsilçisi PSJ-dən təklif aldığını təsdiqləyib:

“Dembele bizimlə açıq danışdı və klubdan getməsi ilə bağlı xahiş etdi. O, PSJ-dən təklif alıb. Bir az məyus olmuşam”.

Dembelenin “Barselona” ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. Fransalı futbolçu 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 35 oyuna çıxıb, 8 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button