“Barselona”nın Xavi ilə belə ayrılması ayıbdır”
“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano keçmiş komanda yoldaşı Xavi haqqında danışıb.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, argentinalı çalışdırıcı, Xavinin tarixin ən böyük futbolçularından biri olduğunu bildirib:
“Xavi çətin anda “Barselona”ya rəhbərlik etdi. Bu, çox cəsarətli bir hərəkət idi. Onun rəhbərliyi altında komanda bir çox cəhətdən təkmilləşdi və o, hazırda əsas heyətdə yer alan bir çox gənc futbolçulara şans verdi. Ayrılığın belə olması ayıbdır, o, tarixin ən böyük futbolçularından biridir”.
“Barselona”nın hazırkı baş məşqçisi Hans-Diter Flikdir və komanda onun rəhbərliyi altında La Liqaya başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin