Xavidən Pyaniçlə bağlı xəbərlərə reaksiya
“Barselona”nın baş məşqçisi Xavi yarımmüdafiəçi Miralem Pyaniçin komandanı tərk edə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Xavi, bosniyalı futbolçunu tərifləyib:
“Pyaniçdən çox xoşum gəlir, o, futbola bənzərsiz baxışı olan əla oyunçudur. O, həmişə irəlidə oynamağa hazırdır və böyük texniki potensiala malikdir. Onun “Yuventus”la oyunda (2:2) davranışı xoşuma gəldi. Gəlin görək, transfer pəncərəsi bağlanana qədər nə baş verəcək”.
“Barselona”nın bu yay Pyaniçi satmaq qərarına gəldiyi bildirilir.
32 yaşlı bosniyalı ötən mövsümü icarə əsasında “Beşiktaş”da keçirib və 26 matçda 4 məhsuldar ötürmə verib. Onun “Barselona” ilə müqaviləsi 2024-cü ilin iyununda başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin