Xavidən “Barselona”ya mesaj: “Hazıram”

Qətərin “Əl Sədd” komandasının baş məşqçisi Xavi keçmiş klubu “Barselona”da işləməyə hazırdır.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Xavi açıqlama verərək, “Barselona”nın “sükanı arxasına” keçməyə hazır olduğunu bildirib:

“Edilən hər təklif gözdən keçirilə və bir qərar verilə bilər. Gələcək nə göstərəcək, bilmirəm, amma mən hər şeyə açığam”.

“Barselona”da baş məşqçi Ronald Kumanla yolların ayrılması gözlənilir. Buna səbəb komandanın uğursuz çıxış etməsidir.

Xavi 2019-cu ilin may ayından “Əl Sədd”i çalışdırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button