Xavidən uğursuz debüt

“Barselona”nın sabiq futbolçusu Xavi baş məşqçi kimi ilk oyununa çıxıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssisin rəhbərlik etdiyi “Əl-Sədd” klubu yoxlama oyununda “Palomos”la qarşılaşıb. İspaniyanın 4-cü divizion təmsilçisi ilə keçirilən görüş qollu bərabərə bitib – 1:1.

1998-2015-ci illər aralığında yetirməsi olduğu “Barselona”nın uğurları üçün çalışmış Xavi, 2015-2019-cu illər aralığında da Qətərin “Əl Sədd” klubunda forma geyinib. Karyerasını bitirən Xavi, “Əl Sədd”də baş məşqçi təyin olunub. Onunla 2020-ci ilin yayına qədər müqavilə imzalanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button