Pedri baş məşqçisini yox, İnyestanı seçdi

“Barselona”nın yarımmüdafiəçisi Pedri Kataloniya klubunun əfsanələri Xavi və İnyesta arasında seçim edib.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, sabiq futbolçular arasında İnyestaya üstünlük verib:

“Xavi, yoxsa İnyesta? İnyesta”.

Pedri 2020-ci ilin yayında 5 milyon avro qarşılığında “Barselona”ya keçib. Bu mövsüm yarımmüdafiəçi Kataloniya klubunun heyətində bütün turnirlərdə yeddi oyun keçirib və bir qol vurub, bir məhsuldar ötürmə edib.

15 turdan sonra “Barselona” İspaniya çempionatının turnir cədvəlində 34 xalla 3-cü pillədə qərarlaşıb.

Xavi hazırda “Barselona”nın baş məşqçisidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button