
Xavi və Qabi Qətər çempionu oldu
Futbol üzrə Qətər Premyer Liqasında 2018/19 mövsümünün qalibi məlum olub.
Komanda.az xəbər verir ki, “Əl Sədd” klubu sona bir tur qalmış çempionluğunu rəsmiləşdirib. Premyer Liqanın 21-ci turunda “Əl Əhli Doha”nı 7:2 hesabıyla məğlub edən “Əl Sədd”, ən yaxın izləyicisi “Əl Duhail”in son turda məğlub olmasıyla, aradakı xal fərqini 7-yə yüksəldib və çempion olub.
“Əl Sədd”in heyətində “Barselona”nın sabiq üzvü Xavi və “Atletiko”nun keçmiş yarımmüdafiəçisi Qabi çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin