
Xavi yeni klubu üçün tibbi müayinədən keçib
“Tottenhem” heyətini gücləndirmək üzrədir.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, London klubu “Leyptsiq”in yarımmüdafiəçisi Xavi Simonsu heyətinə qatır.
Niderlandlı futbolçu artıq tibbi müayinədən keçib. Transferin məbləği 60 milyon avro təşkil edəcək.
22 yaşlı Simons mövsümün əvvəlində “Leyptsiq”də iki oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
“Tottenhem” Premyer Liqanın 3-cü turunda, avqustun 30-da “Bornmut”la qarşılaşacaq. Artıq bu görüşdə Simonsun yeni klubunun oyunçusu kimi meydana çıxacağı gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



