Xavi: “Tezliklə xəbərlər olacaq”
“Barselona”nın baş məşqçisi Xavi müdafiəçi Aleks Balde və yarımmüdafiəçi Lamin Yamalla müqavilənin uzadılacağı ilə bağlı yayılan məlumatları şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, baş məşqçi, hər iki futbolçu ilə yeni müqavilə üçün danışıqların davam etdiyini deyib:
“Bildiyim qədər, Lamin Yamal və Aleks Balde ilə müqavilələrin yenilənməsi tam sürətlə gedir. Tezliklə xəbərlər olacaq”.
19 yaşlı Balde və 16 yaşlı Yamal “Barselona” məzunudur. Hər iki futbolçunun klubla müqaviləsi 2024-cü ilin yayında başa çatır.
Balde yeni mövsümdə 4 oyun keçirib və qol vurmayıb, Yamal isə 5 oyunda iştirak edib və 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin