
Xavi səhv edən futbolçu haqda: “Biz həmişə onun yanındayıq”
“Barselona”nın baş məşqçisi Xavi komandanın qapıçısı Mark-Andre ter Ştegenin “Valensiya” ilə oyundakı səhvinə münasibət bildirib.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı, Ter Ştegenin hər zaman başqalarına kömək etməyə hazır olduğunu söyləyib:
“Ter Ştegen hər zaman başqalarına kömək etməyə hazırdır, ona görə də səhvdən sonra onun dəstəklənməsi normaldır. Paltardəyişmə otağında çox yaxşı münasibətimiz var. O bilir ki, biz həmişə onun yanındayıq”.
“Valensiya” ilə qarşılaşma kataloniyalıların 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Ter Ştegen bu mövsüm 31 oyun keçirib və 32 qol buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin