
Xavi: “Rəqiblərimizə “hədiyyə” verməyi dayandırmalıyıq”
“Barselona”nın baş məşqçisi Xavi “Osasuna” ilə İspaniya superkubokunun yarımfinal matçı öncəsi komandasının çıxışından danışıb.
Komanda.az “Football Espana”-ya istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis Kataloniya təmsilçisinin çoxlu səhvə yol verdiyini deyib:
“Rəqiblərimizə “hədiyyə” verməyi dayandırmalıyıq. Bəli, evdə matçları çətinləşdirən müəyyən səhvlərimiz oldu, amma düşünürəm ki, biz onları tədricən aradan qaldırırıq. Son oyunlarda yaxşılaşa bildik. Pley-offda belə səhvləri təkrarlaya bilmərik. Çünki rəqib dərhal bizi cəzalandıracaq”.
“Barselona” və “Osasuna” arasında İspaniya superkubokunun yarımfinal oyunu yanvarın 11-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin