Xavi milli komandaya rəhbərlik edə bilər
“Barselona”dan ayrıldıqdan sonra işsiz qalan ispaniyalı məşqçi Xavi Hernandes Qətər millisində işləyə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Qətər yığmasının nümayəndələri Xavinin agenti ilə danışıqlara başlayıblar. Tərəflərin mümkün əməkdaşlığı müzakirə etmək üçün yaxın vaxtlarda görüş keçirəcəyi gözlənilir.
Xavi “Barselona”da işləməzdən əvvəl Qətərin “Əl-Sədd” komandasını çalışdırıb. İspaniyalı mütəxəssis iki ilə yaxın bu komandaya rəhbərlik edib.
Xavi 2023/24 mövsümünün sonunda Kataloniya klubunun baş məşqçisi postunu tərk edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin