Xavi narazıdır: “Bunu milyon dəfə demişəm”
“Barselona”nın baş məşqçisi Xavi İspaniya La Liqasının 1-ci turunun “Xetafe” ilə görüşünü (0:0) dəyərləndirib. İspaniyalı mütəxəssis 70-ci dəqiqədə qırmızı vərəqə alıb və texniki zonadan kənarlaşdırılıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, hər iki hissənin sonuna əlavə edilən dəqiqələrlə bağlı düzgün qərarın verilmədiyini söyləyib:
“Birinci hissənin sonuna 11, ikinci hissənin sonuna 15 dəqiqə vaxt əlavə edildi. Bu, ayıbdır. Bunu milyon dəfə demişəm: yalnız oynanılmamış dəqiqələr hesablanmalı və düzgün qərar verilməlidir”.
“Barsa” ölkə çempionatının 2-ci turunda “Kadis”lə, “Xetafe” isə “Jirona” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin