ÇL: “Qol vurmalı, qol buraxmamalı idik”

“Barselona”nın baş məşqçisi Xavi Çempionlar Liqasının 1/8 final mərhələsində “Napoli” ilə ilk oyun (1:1) haqda danışıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, komandasının yaxşı çıxış etdiyini və qələbəyə layiq olduğunu deyib:

“Ən çətin şey hesabı 1:0 etməkdir. Yaxşı müdafiə olunduq və oyun üslubumuz da yaxşı nəticə verdi. Mübarizəni davam etdirib oyunu sakitləşdirməli, əzmkarlıq nümayiş etdirməli və bütün sualları aradan qaldırmalı idik. Amma bu baş vermədi. 75 dəqiqə üstünlük təşkil etdik, lakin rəqibin hədəfə ilk zərbəsi nəticəsində qol buraxdıq. Bu, Çempionlar Liqasıdır. Komanda yaxşı çıxış etdi və çoxlu qol imkanları yaratdı. Biz daha çox şeyə layiq idik, amma qol vurmalı, qol buraxmamalı idik.

Biz düşündüklərimizi çox gözəl həyata keçirdik. Qələbə qazanmamağımız təəssüf doğurur, çünki buna layiq idik. 1:0 hesabı ilə bizdə topa nəzarət çatışmırdı. Bu gün əskik olduğumuz yeganə şey bu idi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button