Xavi qərarını dəyişə bilər
“Barselona”nın baş məşqçisi Xavi mövsümün sonunda komandadan ayrılacağı ilə bağlı qərarını dəyişə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bunun üçün ispaniyalı mütəxəssis klubun ən azı iki yeni futbolçu ilə müqavilə imzalamasını istəyir.
Xavi yarımmüdafiəni “Real Sosyedad”dan Martin Subimendi və ya “Bayern”dən Coşua Kimmixlə gücləndirmək istəyir. Həmçinin, “Barselona”nın çalışdırıcısı “Mançester Siti”dən Bernardo Silvanı da öz sərəncamında görməyi arzulayır.
“Barselona” rəhbərliyi Xavini baş məşqçi postunda saxlamağa çalışır. Klub maliyyə böhranı şəraitində komandanı çalışdıra biləcək başqa mütəxəssis görmür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin