Xavi PSJ ilə ilk matçda hücumameyilli heyətə güvənəcək

“Barselona”nın baş məşqçisi Xavi Hernandes Çempionlar Liqasının 1/4 finalında PSJ ilə ilk oyunda meydana hücumameyilli heyəti buraxmaq niyyətindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubunun yarımmüdafiəçisi İlkay Gündoğana daha sərbəst rol veriləcək və hücuma daha yaxın yerləşdiriləcək.

Cinah oyunçusu Rafinyanın hücumun sol cinahında çıxış edəcəyi gözlənilir.

Yarımmüdafiəçi Pedri çətin ki, PSJ ilə ilk oyunda “Barselona”ya kömək etsin.

Frenki de Yonq və Andreas Kristensenə gəlincə, onlar ehtiyat oyunçular skamyasından meydana çıxa bilərlər.

Qarşılaşma çərşənbə günü Parisdə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button