
Xavi portuqaliyalıdan narazıdır
“Barselona”nın baş məşqçisi Xavi Kataloniya klubunda icarə əsasında çıxış edən Joao Feliksin oyun səviyyəsindən razı deyil.
Komanda.az AS-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçunun qeyri-sabit oyunu nə Xavi, nə də klub rəhbərliyinin xoşuna gəlir. “Barselona”nın baş məşqçisinin sözlərinə görə, Feliks meydanda lazımi intensivliyi göstərmir. Xüsusən də, mütəxəssis onun La Liqada “Almeriya” ilə (3:2) matçdakı oyunundan o qədər narazı qalıb ki, fasilədən dərhal sonra onu əvəzləyib. Xavi hücumçunun birdəfəlik alınmasına qarşıdır.
“Barselona” bu mövsümün əvvəlində Feliksi “Atletiko”dan icarəyə götürüb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin