Xavi onunla görüşüb və razı salıb

“Mançester Siti”nin futbolçusu İlkay Gündoğan karyerasını “Barselona”da davam etdirmək istəyir.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Xavi 32 yaşlı yarımmüdafiəçi ilə görüşüb. O, mümkün keçidlə bağlı futbolçunu razı salıb və əmin edib ki, “Barselona” maliyyə feyr-pley məsələlərini həll edəcək.

Almaniyalı futbolçu La Liqa klubunun durumunu anlayır və transferin reallaşması üçün maaşının az olmasına razıdır.

İlkay Gündoğan 2016-cı ildən “Mançester Siti”də çıxış edir. O, cari mövsümdə “şəhərlilər”in heyətində bütün turnirlər daxil olmaqla 37 oyuna çıxıb, 4 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Onun klubla sözləşməsi 2023-cü ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button