Xavi onunla bağlı qərarını gələn həftə verəcək
Xavinin rəhbərlik etdiyi “Barselona”nın məşqçilər heyəti yarımmüdafiəçi Miralem Pyaniçin mövsümöncəsi oyunlarda göstərdiyi performansdan razı qalıb.
Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb. Mənbənin sözlərinə görə, ispaniyalı mütəxəssis gələn həftə bosniyalı futbolçu ilə bağlı qərar verəcək.
32 yaşlı futbolçunun ötən mövsüm maaşının 60 faiz azalmasına razılaşdığı da bildirilir.
Pyaniç “Barselona”ya 2020-ci ildə “Yuventus”dan keçib. O, 2021/2022 mövsümünü icarə əsasında Türkiyənin “Beşiktaş” klubunda keçirib. Onun “Barselona” ilə müqaviləsi 2024-cü ildə başa çatır.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin