Xavinin Buskets sevgisi

“Barselona”nın baş məşqçisi Xavi ispaniyalı futbolçu Serxio Busketsin komandada qalmasını istəyir.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, Xavi Kataloniya klubunun rəhbərliyindən 34 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddətini uzatmağı xahiş edib.

Xavi Busketsin hələ də komandaya fayda verə biləcəyini düşünür. İspaniyalı futbolçu qışda komandadan ayrılmağı düşünsə də, baş məşqçi onu qalmağa razı salıb.

Buskets cari mövsümdə “Barselona” ilə 16 oyunda iştirak edib və 1 ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button