Xavi növbəti mövsüm “Barselona”da qala bilər
“Barselona”nın baş məşqçisi Xavi gələn mövsüm də Kataloniya klubunda qala bilər.
Komanda.az xəbər verir ki, bu barədə COPE məlumat yayıb.
Bu gün “Barselona”da heç kim baş məşqçinin tezliklə gedişini dəqiq həll edilmiş hesab etmir. Klub daxilində inanırlar ki, ispaniyalı məşqçinin yeni mövsümdə komandada fəaliyyətini davam etdirməsi tamamilə mümkündür.
Xavi qərarını yanvarın sonunda, İspaniya La Liqasının 22-ci turunda “Vilyarreal”a 3:5 hesabı ilə məğlub olduqları oyundan sonra açıqlamışdı. O, klubun fərqli inkişaf vektoruna ehtiyacı olduğunu bildirib.
“Barselona” La Liqada turnir cədvəlində 64 xalla 2-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin