Xavi üzr istədi

“Barselona”nın baş məşqçisi Xavi İspaniya superkubokunun final oyununda “Real”a məğlubiyyətdən (1:4) danışıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis azarkeşlərdən üzr istəyib:

“Bu turnirə böyük ümidlər bəsləyirdik və ruh yüksəkliyi ilə dolu idik. Lakin ən pis oyunumuzu oynadıq. Başlanğıc yaxşı getmədi, sonra geri dönə bilərdik, amma 1:3 hesabı işimizi ciddi şəkildə çətinləşdirdi. Madridlilər hərəkətə keçdilər. Əks-hücumlarda çox təhlükəli idilər və bunu dayandıra bilmədik. Azarkeşlərdən üzr istəyirəm. Mən də futbolçu karyeramda çoxlu məğlubiyyətlər yaşadım, amma sonda məqsədimizə nail olduq. “Barselona” geri qayıdacaq”.

Xavi 2021-ci ildən “Barselona”ya rəhbərlik edir. Onun klubla müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button