Xavi milli komandada işləməkdən imtina edib
“Barselona”nın keçmiş baş məşqçisi Xavinin karyerasını harada davam etdirəcəyi hələlik bəlli deyil.
Komanda.az AS-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis Cənubi Koreya millisinə rəhbərlik etmək təklifi alsa da, bundan imtina edib.
“Milan” və “Mançester Yunayted” kimi Avropa klubları Xavi ilə maraqlanır. Amma o, yaxın vaxtlarda məzuniyyət götürməyi və yaxınları ilə vaxt keçirməyi planlaşdırır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin