Xavi “Mançester Yunayted”in baş məşqçisi olsa…
“Mançester Yunayted”in növbəti baş məşqçisinin 2023/2024 mövsümünün sonunda “Barselona”dan ayrılan Xavi ola biləcəyi ilə bağlı xəbərlər var. Məhz ispaniyalı mütəxəssis “sükan arxasında” Erik ten Haqı əvəz edə bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, Xavi “Mançester Yunayted”in baş məşqçisi təyin olunarsa, “Barselona”dan Rafinya Diası transfer etmək istəyir. “Transfermarkt” portalı 27 yaşlı braziliyalı futbolçunun dəyərini 60 milyon avro qiymətləndirir.
Rafinya yaxşı mövsüm keçirir. O, son olaraq UEFA Çempionlar Liqasında “Bayern”lə matçda (4-1) het-trik edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin