
Adı “Çelsi” ilə hallanan futbolçu komandasının son məşqini buraxıb
“Leyptsiq”in yarımmüdafiəçisi Xavi Simons sonuncu məşqdə iştirak etməyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 21 yaşlı futbolçunun məşqdə olmaması onun “Çelsi”yə mümkün transferi ilə bağlıdır.
Klublar arasında danışıqlar davam edir və tərəflər müqavilənin bağlanmasına yaxındır.
Niderlandlı futbolçunun “Leyptsiq”lə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir. Onun transfer dəyəri 70 milyon avro qiymətləndirilir. O, 2024/25 mövsümündə 33 matçda iştirak edərək, 11 qol vurub və 8 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin