Xavidən zədələnən Levandovski haqda açıqlama
“Barselona”nın baş məşqçisi Xavi Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun “Portu” ilə matçının (1:0) ilk yarısında hücumçu Robert Levandovskinin əvəzlənməyindən danışıb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, polşalı futbolçunun topuğundan zədələndiyini bildirib:
“O, topuğundan çox pis zərbə aldı və bu, oyunu davam etdirməsinə mane oldu. Bazar gününə qədər sağalıb-sağalmayacağına baxacağıq”.
İki turdan sonra “Barselona” altı xalla turnir cədvəlinə başçılıq edir. Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Barsa” “Şaxtyor”la qarşılaşacaq. Qarşılaşma oktyabrın 25-də, saat 20:45-də başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin