Xavi jurnalisti məhkəməyə verdi

“Barselona”nın baş məşqçisi Xavi ispaniyalı jurnalist Xavi Migeli məhkəməyə verib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, “Barselona”nın çalışdırıcısı jurnalistin məsuliyyətə cəlb edilməsini tələb edib.

Daha əvvəl Xavi Migel yazmışdı ki, “Barselona”nın baş məşqçisi köməkçilərinin telefonlarını yoxlayır, jurnalistlərə məlumat sızdıran “satqın”ı tapmağa çalışır.

Xavi israr edir ki, jurnalistin məlumatı həqiqətə uyğun deyil. İndi baş məşqçi Migeldən bunu təkzib etməyi tələb edir, əks halda, məhkəmə davam edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button