Xavi israrla onu istəyir
“Barselona”nın baş məşqçisi Xavi “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silvanın 2023-cü ilin yayında Kataloniya klubuna keçməsini istəyir.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi də 28 yaşlı portuqaliyalını komandada görmək arzusundadır.
Xavi “Barselona”da yarımmüdafiə xəttində təcrübəsi olan, həm də komandaya sabitlik qazandıra biləcək oyunçunun olmasını istəyir.
Eyni zamanda, yeni futbolçu ilə müqavilə imzalamaq üçün Kataloniya klubu vacib oyunçularından birini satmalı olacaq.
Həmçinin bildirilir ki, “Mançester Siti”nin Silvanı satmağa razı olduğu minimum məbləğ 80 milyon avrodur. Bonuslarla bu məbləğ 100 milyon avroya çata bilər.
Bernardo Silva bu mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 10 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin