Maaşının azalmasına razılaşıb – Yeni müqavilə olacaq

“Barselona” Serxi Robertonun gələcəyi ilə bağlı qərar verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu təcrübəli yarımmüdafiəçi ilə müqaviləni uzatmaq istəyir. Baş məşqçi Xavi şəxsən bu qərarda israrlıdır.

Yeni sözləşməyə əsasən, Roberto maaşını azaltmağa razılaşıb. Tərəflər artıq danışıqlara başlayıb və ən qısa zamanda müqavilə bağlamağa ümid edirlər.

İspaniyalı futbolçu bütün karyerasını “Barselona”da keçirib. O, cari İspaniya çempionatında 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button