Xavi: “İspaniya tarixində ən yaxşı nəslə sahib idik”

“Barselona”nın sabiq yarımmüdafiəçisi Xavi Hernandes keçmiş komandasının futbol tarixinin ən yaxşısı olub-olmadığı ilə bağlı sualı cavablandırıb.

Komanda.az “France Football”-a istinadən xəbər verir ki, keçmiş futbolçu İspaniya tarixində ən yaxşı nəslə sahib olduqlarını bildirib:

“İspaniya tarixində ən yaxşı nəslə sahib idik. Lionel Messinin ən yaxşı dövrləri idi. Bütün zamanların ən yaxşı komandası olub-olmadığımızı bilmirəm, ancaq tarixin ən yaxşı dörd və ya beş komandasından biri olmaq böyük bir imtiyazdır”.

Xavi 1998-2015-ci illərdə Kataloniya klubunda çıxış edib. O, “Barselona”nın heyətində iki dəfə (2009 və 2015) trebl (La Liqa, İspaniya kuboku, həm də UEFA Çempionlar Liqası) qazanıb. Xavi kataloniyalılarla bütün yarışlarda 767 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button