Xavi Halandla görüşmək üçün Almaniyaya getdi

“Barselona”nın baş məşqçisi Xavi “Borussiya”nın (Dortmund) hücumçusu Erlinq Halandla görüşüb.

Komanda.az “L’Esportiu” nəşrinə istinadən xəbər verir ki, Münhen şəhərindəki görüşdə 22 yaşlı hücumçunun Kataloniya təmsilçisinə mümkün keçidi müzakirə olunub.

Görüşdə “Barsa”nın idman məsləhətçisi Yordi Kroyf da iştirak edib. Norveçli hücumçu zədəsini sağaltmaq üçün hazırda Münhendədir.

“Barselona” ilə yanaşı, “Real” və “Mançester Siti” də Halandın transferində maraqlıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button