Xavi de Yonqun satılmasına razıdır – Bir şərtlə

“Barselona” “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silvanı transfer etsə, baş məşqçi Xavi komandanın yarımmüdafiəçisi Frenki de Yonqun satılmasına razılıq verəcək.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, 25 yaşlı niderlandlı futbolçu, Bernardo Silva “Barsa”ya keçəcəyi təqdirdə satılacaq.

Daha əvvəl bildirilmişdi ki, De Yonq “Barselona”nı tərk etmək istəmir.

De Yonq ötən mövsüm kataloniyalıların heyətində 46 oyunda 4 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button