Xavi de Yonqla görüşdü və…

“Barselona”nın baş məşqçisi Xavi niderlandlı yarımmüdafiəçi Frenki de Yonqla görüşüb.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Xavi, 25 yaşlı futbolçuya güvəndiyini və onu komandanın vacib oyunçusu hesab etdiyini deyib.

Xavi futbolçunu başqa mövqelərdə, xüsusən də, müdafiənin mərkəzində sınamaq niyyətindədir.

De Yonq ötən mövsüm kataloniyalıların heyətində 45 oyunda 4 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button