Xavi hakimlərdən şikayətləndi

“Barselona”nın baş məşqçisi Xavi La Liqadakı hakim qərarlarından şikayətlənib.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis komandasının hakim səhvlərinin nəticəsində xallar itirdiyini bildirib: 

“Xetafe” ilə matçdakı penalti epizodunu, Joao Feliksin “Qranada”ya vurduğu qolları xatırlayıram. Daha 6 xalımız ola bilərdi. Bunlar bəhanə deyil, reallıqdır. Amma biz işləməyə davam etməliyik”.

Hazırda “Barselona” İspaniya çempionatının turnir cədvəlində 44 xalla 3-cü pillədə qərarlaşıb. Komanda lider “Jirona”dan 8 xal geri qalır.

Növbəti turda “Barselona” “Vilyarreal”la qarşılaşacaq. Matç yanvarın 27-də, saat 21:30-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button