Xavi “Çelsi” ilə anlaşıb

“Leyptsiq”in yarımmüdafiəçisi Xavi Simons artıq Londondadır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu yaxın günlərdə Premyer Liqa klubuna keçmək niyyətindədir. Yay transfer pəncərəsi boyunca Simonsun əsas arzusu “Çelsi”yə keçmək olub və o, London klubu ilə müqavilə şərtlərini artıq razılaşdırıb.

Ancaq son günlərdə “Tottenhem” də transfer yarışına qoşulub. Klub hazırda Simonsla danışıqlar aparır və yaxın vaxtlarda rəsmi təklif göndərə bilər.

Həm “Çelsi”, həm də “Tottenhem” bu transfer üçün aktiv şəkildə mübarizə aparır. “Leyptsiq” isə 22 yaşlı futbolçunun satışından 65 milyon avrodan çox gəlir əldə etməyə ümid edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button