Xavi cəzalandırıla bilər – Hakimi söydüyünə görə

“Barselona”nın baş məşqçisi Xavi İspaniya La Liqasının 19-cu turunun “Las Palmas”la matçında (2:1) baş hakimi təhqir edib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, görüşün 23-cü dəqiqəsində baş hakimin “Las Palmas”ın futbolçusunun “Barselona”lı Serji Robertoya qarşı sərt oyununu kobudluq kimi qiymətləndirməməsi Xavini özündən çıxarıb.

Hakim ona sərt şəkildə etiraz edən baş məşqçiyə sarı vərəqə göstərib. Daha da qəzəblənən Xavi hakimi kobud şəkildə təhqir edib. Onun referinin anasını söydüyü də bildirilir. Hakim bunu eşitmədiyi üçün Xavi oyun zamanı cəzadan yayına bilib. Ancaq bu, araşdırılsa, Xavi bir neçə oyunluq cəzalandırıla bilər.

“Barselona” 19 turdan sonra turnir cədvəlində 41 xalla 3-cü pillədə qərarlaşıb. Komanda lider “Real”dan 7 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button