Xavi: “Bu həm mənim, həm də “Barselona” üçün düzgün qərardır”
“Barselona”nın baş məşqçisi Xavi “Xetafe” üzərində qələbədən (4:0) sonra mövsümün sonunda postunu tərk etməsindən danışıb.
Komanda.az “Barca Times”-ə istinadən xəbər verir ki, o, bu qərarına görə peşman olmadığını bildirib:
“Bu həm mənim, həm də “Barselona” üçün düzgün qərardır. Azarkeşlərimizə dəstəyə görə təşəkkür edirəm, amma bunu etmək lazım idi. İndi komanda əla motivasiya nümayiş etdirir”.
Kataloniyalılar La Liqanın turnir cədvəlində birinci pillədədəki “Real”dan 5 xal geri qalaraq ikinci pilləyə yüksəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin