
Xavi: “Biz İspaniya futbolunun tarixini dəyişdik”
İspaniya millisinin sabiq yarımmüdafiəçisi Xavi komandanın iki Avropa və dünya çempionatında qazandığı qələbələrin əhəmiyyətindən danışıb.
Komanda.az AS-a istinadən xəbər verir ki, keçmiş oyunçu, əvvəllər ispaniyalı futbolçuların dünya kubokunu qazanmasının utopiya olduğunu söyləyib:
“Əvvəllər ispaniyalı futbolçunun dünya kubokunu qazanması utopiya idi. Bu, italiyalılara, almaniyalılara, braziliyalılara və argentinalılara verilən şərəf idi.
Yeni nəslin gəlişi ilə biz bu zehniyyəti dəyişdik. 1/4 finala yüksəlmək artıq uğur idi. Bu gün qalib gəlməsək, uğursuzluq kimi görünəcək. Biz İspaniya futbolunun tarixini dəyişdik. Bu komanda əbədi olaraq xatırlanacaq”.
İspaniya millisi 2008-2012-ci illər arasında ardıcıl olaraq hər üç böyük turnirin qalibi olub. Komanda əvvəlcə AÇ-2008-in, daha sonra 2010-cu il dünya çempionatının, sonra isə AÇ-2012-nin qalibi adını qazanıb.
Bizi Facebook-da izləyin