“Xavinin taleyinə “Barselona”ya rəhbərlik etmək yazılıb” – Fabreqas

İspaniya millisinin sabiq futbolçusu Sesk Fabreqas “Barselona”nın baş məşqçisi Xavi Hernandes haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ispaniyalı mütəxəssisin əla məşqçi olduğunu söyləyib:

“Bizim əla münasibətimiz var. Xavi əla məşqçidir. Onun taleyinə “Barselona”ya rəhbərlik etmək yazılıb. O, nə etdiyini bilir. Bir neçə ildən sonra yəqin hamı deyəcək ki, bu gənclərə böyük futbolda yol verən məhz Xavi olub. Xavi “Barselona”ya böyük töhfə verib”.

44 yaşlı mütəxəssis 2021-ci ilin noyabrından “Barselona”nın baş məşqçisidir. Tərəflər arasında mövcud müqavilə 2025-ci ilin yayında başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button