Xavi “Barselona”dan narazıdır
“Barselona”nın sabiq baş məşqçisi Xavi keçmiş klubunun hərəkətlərindən narazıdır.
Komanda.az AS-a istinadən xəbər verir ki, Xavi və ailəsi hesab edir ki, kataloniyalılar onu gözdən salmaq üçün kampaniya aparırlar.
Məsələn, yarımmüdafiəçi Pedrinin son sözləri Xavinin xoşuna gəlməyib. O, bildirib ki, yeni məşqçilər heyəti ilə komanda fiziki cəhətdən daha yaxşı işləyir, ona görə də, matçlarda 70-ci dəqiqədən sonrakı sürət azalmır. Xavi fiziki göstəricilərə əsaslanaraq bu fikri ədalətsiz hesab edir. İspaniyalı mütəxəssis klubun düşərgəsindən gələn digər mesajlardan da narazıdır.
“Barselona” La Liqada keçirdiyi ilk 5 matçda 5 qələbə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin