
Xavi “Barselona”da qalacaq – RƏSMİ
“Barselona”nın baş məşqçisi Xavi Ernandes mövsümün sonunda komandadan ayrılmayacaq.
Komanda.az Kataloniya təmsilçisinin rəsmi “tvitter” hesabına istinadən xəbər verir ki, bu barədə klub prezidenti Xuan Laporta açıqlama verib:
“Bu gün Xavinin “Barselona”nın baş məşqçisi kimi işinə davam edəcəyini sizə bildirməkdən məmnunluq duyuram”.
Xavi daha əvvəl mövsümün sonunda “Barselona”dan ayrılacağını açıqlamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin