Xavi “Barselona”da qala bilər – İstəyi reallaşsa

“Barselona”nın baş məşqçisi Xavi mövsümün sonunda ayrılacağını açıqlamasına baxmayaraq, Kataloniya klubunda qalmağa isti yanaşır.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Xavi öz postunda qalmağa hazırdır, lakin bunun üçün rəhbərlikdən müəyyən zəmanətlər almalıdır. İspaniyalı mütəxəssis yay transfer pəncərəsində klub prezidenti Xuan Laportadan heyəti təkmilləşdirməyi xahiş edəcək. Onun istəyi təmin olunarsa, postunda qalacaq.

“Barselona” dünən “Real”a məğlubiyyətdən (2:3) sonra La Liqada 1-ci pillədən 11 xal geri qalaraq, 2-ci yerdə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button