Xavi yeni müqaviləyə razılıq verib
“Barselona”nın baş məşqçisi Xavi klubla müqaviləsini 2025-ci ilə qədər uzatmaq haqda razılıq verib.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, hazırkı müqavilə 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Xavi daha əvvəl yeni müqavilə bağlamaqda heç bir problem yaşamayacağını bildirmişdi. Bu həftə razılaşma rəsmən elan olunacaq.
43 yaşlı mütəxəssis 2021-ci ilin sonunda “Barselona”nın baş məşqçisi vəzifəsində çalışmağa başlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin