Xavi “Barselona”dan gedəcəyini fevralda elan etməyi planlaşdırıbmış
“Barselona”nın baş məşqçisi Xavi klubdan ayrılacağını fevralın sonunda, Çempionlar Liqasının 1/8 final mərhələsinin “Napoli” ilə ilk matçının keçirilməli olduğu vaxt elan etməyi planlaşdırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssisin 2023/2024 mövsümünün sonunda “Barselona”nı tərk etmək qərarı ötən həftəsonu məlum olub.
Xavi 2021-ci il noyabrın 6-da “Barselona”nın baş məşqçisi təyin edilib. Bu müddət ərzində 44 yaşlı mütəxəssis kataloniyalılarla iki kubok – İspaniya çempionatı və ölkə superkubokunu (hər ikisi 2022/2023 mövsümündə) qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin