Xavi “Atletiko”ya keçə bilər

“Atletiko” “Selta”nın müdafiəçisi Xavi Qalanı transfer etməyə yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər keçidlə bağlı razılığa gəliblər. Madrid klubu 28 yaşlı futbolçu üçün “Selta”ya 5 milyon avro ödəyəcək.

Xavi 2021-ci ilin iyulundan İspaniya klubunda çıxış edir. O, 2022/23 mövsümündə 40 oyuna çıxıb, bir qol vurub və dörd məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button