Xavi Almaniya klubunun təklifini rədd edib

Ötən gün baş məşqçi Erik ten Haqla yollarını ayıran Leverkuzen “Bayer”i “Barselona”dakı fəaliyyəti ilə tanınan Xavi Hernandesin namizədliyini nəzərdən keçirib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Leverkuzen təmsilçisi 45 yaşlı çalışdırıcı ilə danışıqlara başlayıb, ancaq Xavi təklifi qəbul etməyib.

“Bayer” niderlandlı mütəxəssisin rəhbərliyi altında Bundesliqada keçirdiyi ilk iki oyunda cəmi 1 xal qazanıb. Komanda növbəti turda öz meydanında Frankfurt “Ayntraxt”ı ilə qarşılaşacaq.

“Ayntraxt” UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button